Apache Web Server Load və Səhifə statistikaları (Ubuntu üzərində)

Mod_status nədir ? Mod_status Apache modulu olub web server load və cari httpd bağlantıları web browser vasitəsilə baxmağa imkan verir

Mod_statusun informasiya səhifəsində aşağıdakılar yer alır

1)Daxil olan sorğuların ümumi sayı

2)Web serverin CPU istifadəsi

3)Server Load

4) Server Uptime

5)Bütün traffik

6)Cari PİD lər

Default installiyasiyada mod_status aktiv qurulur lakin əmin olmaq üçün yoxlamaq istərsəniz modul direktoriyasına baxa bilərsiniz

ls /etc/apache2/mods-enabled/

status.conf və load.conf faylların cari direktoriyada axtarırıq əgər orda belə fayllar yoxdursa

sudo /usr/sbin/a2enmod status

Access Konfiqurasiya

Apache virtual host faylını redaktə edirik

sudo gedit/etc/apache2/sites-available/default

<Location /server-status>
 SetHandler server-status
 Order deny,allow
 Deny from all
 Allow from localhost
</Location>

Allow from localhost icazəsi ilə yalnız lokalda statistika səhifəsinə baxmaq aktiv edilir

ExtendedStatus

yeni fayl yaradıb ora aşağıdakı sazlanmaları edirik

/etc/apache2/conf.d/extendedstatus
 

# ExtendedStatus controls whether Apache will generate “full” status
# information (ExtendedStatus On) or just basic information (ExtendedStatus
# Off) when the “server-status” handler is called. The default is Off.
#
ExtendedStatus On
və sonda apache serveri restart edirik

sudo service apache2 restart

apache

Advertisements